Bakıda fermadan “Makarov” oğurlanıb
08:30 29.06.2024
Hadisə
501
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.
APA xəbər verir ki, onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.
Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə
Sumqayıtda bir nəfər dənizdə batdı - VİDEO
15:20 18.11.2026
Hadisə