Bakıda həkimlərin ölüm diaqnozu qoyduğu körpə yolda ayıldı

Bakıda yerləşən özəl xəstəxanalardan birində vəfat etdiyi bildirilən 9 aylıq uşaq dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib. Kənd sakini İsgəndərli Elif Pərviz qızı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb, vəziyyəti ağırlaşdığı üçün Bakıya göndərilib.

Həkimlər azyaşlıda həyat əlamətinin olmadığını bildiriblər və onu ailəsinə təhvil veriblər.

Uşaq dəfn üçün kəndə gətirilərkən ayılıb və təxminən 3 saat sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.