Bakının mərkəzində baş verən qəzada ağır yaranlanan azyaşlının son durumu açıqlanıb.
Mərkəzi Klinik Xəstəxanasından olaraq bildirilib ki, 10 yaşlı Sərxan Pediatrik reanimasiya şöbəsində müalicə alır. Bildirilib ki, azyaşlının vəziyyəti orta-ağır stabil olaraq qalır.
Qeyd edək ki, dekabrın 25-də Bakının mərkəzi küçələrindən birində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.