Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun “Qırmızı bülleteni” ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.
24News.ge xəbər verir ki, saxlanılan şəxs Yunanıstan hüquq-mühafizə orqanlarının tələbi əsasında külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.