
Bir qığılcımla ölüm: Mənzillərdəki qaz cihazları nəzarətsiz saxlanılmamalıdır
10:29 23.12.2024
Hadisə
538
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki,qış mövsümünün gəlişi ilə əlaqəli insanların isidici cihazlara tələbatının artması ilə bərabər, təhlükəsizlik qaydalarına da nəzarəti artırmaq mütləqdir:

“Qaz cihazlarının quraşdırılması, yenidən qurulması, bərpası zamanı layihədən kənar işlərin görülməsi yolverilməzdir. Aparılan hər hansısa bir dəyişiklik işləri yalnız ixtisaslaşmış müəssisələrin mütəxəssisləri tərəfindən icra olunmalıdır. Mənzillərdəki qaz cihazları nəzarətsiz saxlanılmamalıdır. Mənzilləri tərk edərkən qaz cihazını ümumi xətdən söndürməli, mənzilə dönərkən isə qoşmaq lazımdır. Belə olan halda evdə qaz sızması riskini minimuma endirmək mümkündür. Bir çox hallarda partlayışlar evi tərk edib və geri döndükdən sonra işığı yandırdıqda baş verə bilir. Çünki ev şəraitində mənzildə hər hansısa bir qaz sızması varsa, kiçik bir qığılcım belə həmin qaz sızması nəticəsində partlayış hadisəsinin baş vermə ehtimalını yüksəldir. Ümumi kompleks tədbirlər kimi Avropa ölkələrində qaz cihazlarından harada istifadə olunursa, orada xüsusi dəm qazı və təbii qaz əleyhinə detektorlar quraşdırılır. Bu detektorların üstünlüyü ondan ibarətdir ki, hər hansısa bir qaz sızması mövcuddursa dərhal detektor işə düşür və ümumi sayğacla əlaqələndirilmiş sistem, yəni detektor sayğacdan evə qazın verilməsini dayandırır. Bu detektorların quraşdırılması ilə bağlı da ixtisaslaşmış müəssisələrə müraciət oluna bilər. Təbii ki, bu detektorların səyyar şəkildə satışı da həyata keçirilir. Bu detektorlar qaz sızmasını vaxtında aşkarlamaq və insana mənzildə olan şəxslərə müəyyən təhlükəsizlik tədbirlərini görməkdə yardımçı ola bilir. Hansı ki, Avropa ölkələrində bu detektorların istifadəsi geniş yayılıb və kifayət qədər də effektiv hesab olunur. Ümumən partlayış hadisələrinin qarşısını almaq üçün insanlar daha diqqətli olmalı, xüsusilə qış mövsümündə qaz cihazlarına isidici cihazlara tələbatın artması ilə bərabər, təhlükəsizlik qaydalarına da diqqət və nəzarət artırılmalıdır. Bu nəzarət həm insanlar tərəfindən, həm müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil