Canavar hücum etdi
Yusif Nəzərli
23:18 11.04.2023
Hadisə
635
4 nəfər ağır vəziyyətdədir
Canavar yaşayış məskəninə hücum edib, sakinlərdən 4 nəfəri yaralayıb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə Türkiyənin Ərzurum bölgəsində baş verib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Ərzurumun Tortum əyalətinin çöllük Kirəcli məhəlləsinin sakinləri canavarın hücumuna məruz qalıb. Məhəllədki evlərdən birinin qoyun-keçi saxlanan damına heyvanları yemləmək üçün daxil olan 6 övlad anası Dəstəgül Uğurlu qapıda canavarla üz-üzə gəlib. Canavar qadına hücum çəkib, çənəsindən yaralayıb.
Daha sonra məhəllədə daha 2 nəfəri yaralayıb. Məhəllə sakinləri itləriylə qurdun izinə düşüblər. Və onu bir mağarada yaxalayıb, ov tüfəngi ilə vurublar. Yaralılardan 3-ü müalicə aldıqdan sonra evə buraxılıb.
Dəstəgül Uğurun yarası ağır olduğu üçün Ərzurum mərkəzi xəstəxanasına gətirilib. Burada çənə cərrahiyyəsi klinikasında müalicəsi davam edir. Yaralını müayinə edən həkim canavarın qadının çənə sümüyü və yumşaq toxumalara ciddi zərər yetirdiyini bildirib.
Öldürülmüş canavarın cəsədi laboratoriyaya təhvil verilib. Aparılan analizlər qurdun quduz olduğunu aşkarlayıb. Bu səbəbdən də yaralılara həm də quduzluğa qarşı müalicə təyin edilib. Məhəlləyə giriş-çıxış qadağan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya