Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü

Ukrayna əhalisinin sayı 28,5 milyon nəfər təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, son dövrdə miqrasiya nəticəsində ölkə daha 500 min nəfər əhali itirib.

Xatırladaq ki, 2022-ci ildə genişmiqyaslı müharibə başlamazdan əvvəl Ukraynanın əhalisi təqribən 41- 42 milyon nəfər idi.