Cəlilabadda evdə vəzifəli şəxsin meyiti tapıldı - FOTO

Cəlilabadda evdə meyit aşkarlanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.

Məlumata görə, Cəlilabad rayonunun Təklə kənd ərazi vahidliyinin icra nümayəndəsinin müavini Ziya Muradov yaşadığı ünvanda ölü halda tapılıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Ziya Muradovun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.