Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

***

10.50

Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

APA-nın cənub bürosunun əldə etdiyi xəbərə görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

10.36

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini olan orta yaşlı qadın qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.