Dənizdə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Xəzər” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.