Dənizdə boğulma hadisələrinin 95 faizi nəzarətsiz çimərliklərin payına düşür - EKSPERT
12:44 09.07.2024
Hadisə
563
Çimərlikdə məlumatlandırıcı və xəbərdaredici lövhələrə riayət etmək və sərhəd edilmiş nişanları keçməmək lazımdır
Son günlər dənizdə boğulan insanların sayında artım müşahidə olunur. Hadisələrin artmasının əsas səbəblərindən biri də vətəndaşların ehtiyatsızlığıdır. Çünki boğulmalar adətən dənizdə baş verən hansısa xüsusi vəziyyətə və ya vətəndaşın səhhətindəki problemə bağlı olaraq baş vermir. Həmçinin çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb. Bunu statistikadan da aydın görürük.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, çimərliyə gedən şəxslər tərəfindən təhlükəsizliyə ciddi riayət edilməlidir:
“Çimərlik işçiləri tərəfindən həmin ərazidə təhlükəsiz şərait yaradılmalıdır. Yəni çimərlikdə hər 100 metrdən bir xilasedici, müşahidə qülləsi, olmalıdır. İnsanlar çimərliyə gedərkən fəaliyyətinə icazə verilən çimərlik seçməlidirlər. Çünki həmin ərazidə xilasetmə xidməti mövcuddur. Hər il xilasedicilər yüzlərlə boğulan insanları xilas edirlər. Dünya ölkələrində çimərliklərdə boğulma və təhlükəsizlik hadisəsi ilə mübarizə aparılır. Ümumi boğulanların statistikasına baxsaq görərik ki, 95%-i nəzarətsiz çimərliklərin payına düşür. Bu isə onu göstərir ki, nəzarətsiz çimərliklərdə təhlükə olduqca çoxdur. Əlverişsiz hava şəraitində çimərliyə getmək düzgün deyil. Boğulma halları daha çox olur. Çimərlikdə məlumatlandırıcı və xəbərdaredici lövhələrə riayət etmək və sərhəd edilmiş nişanları keçməmək lazımdır. Həmin nişanlar 1 metr 70 sm ilə tətbiq olunub. Təhlükəsizlik baxımından suda göstərilən rəqəmdən yuxarı getmək və 15-20 dəqiqdən artıq qalmaq olmaz. Uşaqlar valideyn nəzarəti altında olmalıdır. Suya qayaların üzərindən atlamaq, spirtli içki qəbul edib çimmək və kiçik həcmli gəmilərin gətirilməsi yol verilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual