DİN: Axtarışda olan 6 nəfər saxlanılıb

Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olan ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 5 fakt aşkarlanıb. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.