Elcan Rəsulov ölümdən döndü: "Üstümdə eksperiment keçirdilər, öləcəkdim"
18:43 04.08.2023
Hadisə
423
Bir neçə gün öncə öd əməliyyatı keçirən aktyor-aparıcı Elcan Rəsulovun dünən səhhəti yenidən ağırlaşıb.
Bakupost.az xəbər verir ki, xəstəxanadan fotolar paylaşan tanınmış aktyor səhhəti barədə instaqramda məlumat yayıb. Aktyor mediada yaydığı açıqlamada həkimlərin məsuliyyətsizliyindən şikayət edib.
"Bilirəm neçə gündür narahatsız. Çox zənglərə də cavab verə bilmirəm. İndi şükür Allaha əlim telefon tuta bilir. İstəyirəm vəziyyət barədə sizə geniş və ətraflı məlumat verim.
24-ü gecə Elcanlı verilişin efirində vəziyyətim pisləşdi, sancılarım başladı. Bundan iki gün öncə də öd kisəmdə ağır sancılar olmuşdu. Təcili yardımla Mərkəzi Klinikaya aparılmışdım. Oradan da analiz və MRT nəticələrimə əsasən bildirdilər ki, təcili əməliyyat olmalıyam. Düşündüm həftənin dördüncü günü efirdən sonra dərhal əməliyyat etdirərəm və 3 günə sağalıb geri dönərəm. Çünki maraqlanmışdım ki, öd kisə əməliyyatı elə də çətin əməliyyat deyil. USİ və MRT nəticələrimi görən bütün həkimlər də əməliyyatın qaçılmaz olduğunu bildirdilər. Nəysə dediyim kimi, 24- ü gecə dostumun məsləhətilə və öz istəyimlə gecə Medera hospitalda palata ayrıldı və öz maşınıma minib getdim ora. Gecə ağrıkəsicilər filan etdilər ki, artıq səhər əməliyyat olunum. Səhər tanınmış cərrahım da gəldi mənimlə tanış oldu. Əməliyyat üçün analizlərimi də götürdülər.
Səhər analizlərimi götürdülər və cərrahım sevinə-sevinə gəldi ki, əməliyyata ehtiyac qalmadı. Səni müalicə edib buraxacağıq evə. Açığı özüm də sevindim. Beləcə müalicəm başladı. Ortada vəziyyətim dəyişmədi deyə müalicə etməyə qərar verən cərrahım məni infeksionistə təhvil verdi. Yeni gələn infeksionist isə bildirdi ki, zəif antibiotiklərdən istifadə olunub deyə kömək etmir. Keçirik daha güclülərinə. Və keçdik. Mən isə artıq hər saat daha da ağırlaşıram. Yalnız ağrıkəsici vurulan anlarda bir neçə saatlıq yaxşı oluram. Hətta bu yaxşı vaxtların birində evə getmək istəyimi bildirdim. İki dərmanlıq resept gətirib verdilər ki, bazar günü gedərsiniz evə. Elə şənbə günü axşam çağı rəhbərliyim və dostlarım adəti üzrə məni ziyarətə gəlmişdilər. Nəticələrimi istədilər, baxdılar ki, gəldiyim gündən bu yana nəticələr daha pisdir. Hətta su da içə bilmirəm. Yenidən infeksionistimi evdən çağırdılar, gəldi baxdı və dedi: "Yapdığımız tedavilər effekt vermədi, tedavi yönünü değişdiricez". Elə bil eksperiment siçanıyam.
Bu nəticələrdən əsəbiləşən dostlarım birdən-birə nəticələrimi bütün həkimlərə göndərib hamıdan kömək istəməyə başladılar. Gələn cavablar isə birmənalı oldu. Təcili kateyə salıb, nəticəyə baxıb əməliyyat etmək lazımdır. Məlum oldu ki, mən qaldığım klinikada kate yoxdur, başqa klinikaya gedib gəlmək lazımdır. Nə isə vaz keçdik. Bir dostumun vasitəsilə məni əməliyyat etməyi bir həkim öz üzərinə götürdü. Beləliklə başqa bir hospitalın təcili yardımını çağırıb ordan götürüldüm. Təcili nəticələrə baxdıqdan sonra cərrah əməliyyatın təcili olduğunu dedi və gecə 00:00- da əməliyyata alındım. Hamının yarım saata etdirdiyi öd əməliyyatım 3 saat yarım çəkdi və şükür Allaha ölmədik. Əməliyyat zamanı o da məlum oldu ki, artıq öd kisəm də 2 yerdən deşilibmiş və infeksiya bədənə keçməyə başlayırmış. Şükür olsun Allaha. Allah ailəmin göz yaşlarına, dualarına, dostlarımın dualarına bağışladı məni. Mənim üçün bu çətin günlərdə əziyyət çəkən hər kəsə çox təşəkkür edirəm. İnşallah sağalım, çalışacam heç kimin etdiyini cavabsız qoymayım", - Elcan Rəsulov yekunda bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol