Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olunub - YENİLƏNİB

"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, faktla bağlı məsuliyyətə cəlb edilən hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət işi üzrə bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.