Evini yoxlayan məmurun başına butulka vuran fəhlə ilə bağlı QƏRAR
07:20 04.08.2023
Hadisə
342
Ali Məhkəmədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elməddin Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nəsimi Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərarı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Əməliyyat İdarəsinin Axtarış müəyyənetmə və məcburi gətirmə şöbəsinin 1-ci bölməsinin böyük əməliyyat müvəkkili Fərid Rəsulov və həmin şöbənin 2-ci bölməsinin böyük əməliyyat müvəkkili tərəfindən 27 iyul 2021-ci ildə saat 12 radələrində Elməddin Mirzəyevin yaşadığı paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, ev 68A-da olan fərdi yaşayış evinə saxta aksiz markaları və spirt məhsullarının saxlanıb-saxlanmamasının aşkar edilməsi üçün baxış keçirilib. Həmin vaxt təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək ona məxsus otağa daxil olmasına imkan verməyib. Elməddin həyətə düşərək orada olan içki şüşələrindən birini götürüb yaşayış evindən çıxan Fərid Rəsulovun arxa tərəfindən yaxınlaşıb. Daha sonra o, Fərid Rəsulova xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edərək müqavimət göstərib, şüşəni onun başına vurub. Bu zaman Fərid Rəsulov sağ təpə nahiyəsinin və sol qulaq seyvanının səthi kəsilmiş yaraları xəsarəti alıb. Həmin vaxt zərərçəkmiş şəxs zərbənin təsirindən evin qarşısında olan pilləkənlərdən aşağı yıxılaraq, sol dirsək oynağı nahiyəsinin, sol əlin barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən saxlanılan təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Elməddin Mirzəyevə şərti cəza verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Məhkəmənin hökmündən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. O, məhkəmənin 13 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 315-cü maddəsi ilə ən yüksək həddə cəza təyin olunmasını xahiş edib.
Qeyd edək ki, Elməddin Mirzəyev Nəsimi rayonu 65 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol