FHN: Bayram günlərində 230 yanğına çıxış olub, 3 partlayış baş verib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində 230 yanğına çıxış olub.

Bu barədə "Sherg.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, bayram günləri ərzində 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr zamanı 6 nəfər həyatını itirib.