Füzuli rayonunda əmi və qardaşı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində işləmək üçün gedən əmi və qardaşı oğlu avtomobili işlək vəziyyətdə saxlayaraq yatıblar. Bu zaman avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazı onların boğulmasına səbəb olub.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Hətəmov Bayram Cavan oğlu və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Hətəmli Vüsal Natiq oğlu öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.