Gəncədə 24 yaşlı qadın dəm qazından boğularaq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü, Gəncə şəhər sakini Elnarə Sadıxova yaşadığı evdə hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.