
Göbələkdən zəhərlənmə! - “AQTA eyni səhvi təkrar edir"
Yusif Nəzərli
12:54 20.10.2021
Hadisə
480
“Maraqlısı budur ki, eyni bir qurum həm sertifikat verir , həm də zəhərlənməni qeydə alır”
“Belə olduğu üçün zəhərlənmələr daim gizlədilir”
Xəbər verdiyimiz kimi, Qax rayonunda iki uşaq -12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənərək vəfat edib. Baş Prokurorluq faktla bağlı araşdırmalara başlayıb. Hadisə risk qrupa daxil olan bu yeyinti məhsuluna üzərinə diqqət çəkdi. Sərbəst şəkildə yol kənarlarında satılan bu məhsul sağlamlığımız üçün nə dərəcədə təhlükəlidir?

İnsan ölümünə yol açan bu kimi mənfi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu suallara aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib ki, risk qrupuna daxil olan ərzaq məhsulları var. Bu qrupa göbələklər, balıqlar , balıq konservləri və s. daxildir:
“Bunlar insanı tez zəhərləmə xüsusiyyətinə malikdir. Göbələklərin 2 mindən çox növü var. Azərbaycanda göbələyin az sayda növü yeyilən hesab olunur. Hətta bu yeyilən növlərin belə təhlükəli tərəfləri olur. Bugünkü faciəvi hadisə onu göstərir ki , zəhərlənmənin mənbəyi yalnız sənaye üsulu ilə hazırlanan məhsullar deyil .
İllər boyu Səhiyyə Nazirliyi və ya da Azərbaycan Qida Təglükəsizliyi Agentliyi(AQTA) tərəfindən həm məhsullara sertifikat verilirdi, həm də şəxslərin zəhərlənməsinin qarşısını alacaq işlər görülürdü. Maraqlısı budur ki, eyni bir qurum həm sertifikat verir , həm də zəhərlənməni qeydə alır. Belə olduğu üçün zəhərlənmələr daim gizlədilib.
Düşünürəm ki, bu gün sertifikat verən orqanla, məhsulların təhlükəsizliyinə təminat verən AQTA eyni səhvi təkrar edir. Zəhərlənmə olduqda əksər hallarda istehlakçı günahkar çıxarılır. Bu məsələni həll etməliyik. Sertifikat verən orqan ayrı olmalıdır. Belə işlərin qarşısını almaq üçün zəhərlənmələrin statistikası müəyyən edilib, məhkəmə qərarı olmalı və zərər çəkən şəxslərə kompensasiya ödənilməlidir.
E.Hüseynov bildirib ki, qida təhlükəsizliyinə dair dövlət proqramının ikinci bəndinə baxsaq, görərik ki, orada dünyada zəhərlənmələrin statistikası göstərilir:
“Dünya statistikasının Azərbaycan ilə təmasını qursaq görərik ki, bir ildə orta hesabla ölkəmizdə 490 nəfər zəhərlənmədən ölməlidir. Amma biz bu rəqəmlərin aşağı olduğunu görürük. Bu onu göstərir ki, zəhərlənmə halları gizlədilir. İnsanları göbələklərdən ümumilikdə risk qrupuna daxil olan məhsullardan ehtiyatlı olmağa çağırıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm