Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.