Bu gün saat 6:10 radələrində Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
***
09:52
Goranboy rayonunda səkkiz nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Rəhimli kəndində qeydə alınan hadisə zamanı "KİA" markalı maşınla "Ford" markalı mikroavtobus toqquşub.
Xəsarət alan şəxslər rayon ərazisində istixanalarda işləməyə gedən fəhlələrdir: Arzu Nəbiyev (1990), Xəyalə Cəfərova (1986), Suqra Quluyeva (1982), Şəlalə Abdullayeva (1975), Nigar Mustafayeva (1962), Zəkiyə Məmmədova (1972), Aysel Şirinova (1989), Yeganə Məmmədova (1973).
Faktla bağlı araşdırma başlanıb.