Göygöldə avtomobil divara çırpılıb - 1 nəfər ölüb, 1 nəfər yaralıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı yolun kənarında olan 2003-cü il təvəllüdlü F. Quluzadə minik avtomobili ilə divarın arasında qalaraq ölüb. 2009-cu il təvəllüdlü R. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.