Göygöldə avtomobil qəzasında 6 nəfər ölüb 


Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-2107" ilə toqquşub. 
Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.