Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza “BMW” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Əraziyə dərhal Dövlət Yol Polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıblar.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.