
Hüquqşünas: 500 manatlıq ziyan belə cinayət sayılır
10:48 13.08.2025
Hadisə
475
"Bu cəza ziyanı ödəməkdən azad etmir!”
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Mövzu ilə bağlı “Sherg”az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların əmlakının ələ keçirilməsi dələduzluq hesab olunur:
“Bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq tənzimlənir. Əgər vətəndaşın üzləşdiyi zərər 500 manat və ya 500 manatdan çox olarsa, bu halda hüquq-mühafizə orqanlarına, konkret olaraq polis orqanlarına müraciət edilir və araşdırmaya başlanılır. Zərərin məbləği 500 manatdan az olduqda isə vətəndaşlar kollektiv şəkildə müraciət etdikdə, polis həmin kollektiv müraciət əsasında araşdırma aparır və fakt üzrə istintaq hərəkətlərini həyata keçirir. Araşdırma nəticəsində vətəndaşların vəsaitinin bu formada ələ keçirilməsi və mənimsənilməsi təsdiq olunduqda, təqsirli şəxs barəsində ilkin qətimkan tədbiri seçilir. Daha sonra müvafiq araşdırma aparılmaqla iş materialları məhkəməyə təqdim olunur. Məhkəmə icraatında, vurulmuş zərərin məbləği 500 manatdan yuxarı, lakin 5000 manatdan çox olmadığı hallarda, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən həll edilir. Həmin maddəyə görə, təqsirli şəxs 2000 manatdan 3000 manata qədər məbləğdə cərimə, 360 saatdan 480 saata qədər ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Qeyd etmək lazımdır ki, bu cəzanın təyin olunması təqsirli şəxsi zərərçəkmiş vətəndaşlara dəymiş ziyanı ödəmək öhdəliyindən azad etmir. Zərərçəkmiş şəxslər hüquqi statuslarına görə həm zərərçəkmiş, həm də mülki iddiaçı qismində tanınırlar. Onların irəli sürdüyü mülki iddia məhkəmə tərəfindən təmin olunmalıdır. Cinayət işi yekunlaşdıqdan və təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü qüvvədə olduqdan sonra vətəndaşlar mülki qaydada məhkəməyə müraciət etməklə vurulmuş ziyanın ödənilməsini tələb edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm