İbrahim Tatlısəsin də olduğu qəza ilə bağlı məhkəmə qərar verdi


Müğənni İbrahim Tatlısəsin də içində olduğu avtomobil qəzası ilə bağlı Bodrum Respublika Prokurorluğu qərar verib. 

Axşam.az xəbər verir ki, aparılan araşdırma nəticəsində yük maşınının sahibi cəzalandırılmayıb.

Muğlanın Bodrum rayonunda İbrahim Tatlısəsin olduğu mikroavtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 8 nəfər yaralanıb. Yaralılar yük maşını sürücüsü Gültekin Gülsoydan şikayətçi olmayıb. Hakim ona cəza verilməyəcəyini bildirib.