İngilis qadın hoteli barmağına “doladı”
09:10 20.07.2023
Hadisə
414
Günlərlə pulsuz istirahət etdi, yedi, içdi…
Türkiyənin Quşadası bölgəsindəki 5 “ulduz”lu hoteldə baş verənlər eşidənləri heyrətə salıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 39 yaşlı ingilis qadın may ayında istirahət etdiyi hotelə yenidən qayıdıb.
Və “hər şey daxil” paketindən kefi istədiyi kimi faydalanıb. Məsələ burasındadır ki, qadın may ayında istirahət etdiyi hoteldən ayrılarkən hotelə məxsus qolbağı təhvil verməyib. Unudubmu, yoxsa bilərəkdən edib, məlum deyil. Amma hotel əməkdaşları da böyük səhlənkarlığa yol verərək istirahətini başa vurmuş müştəridən qolbağı geri almağı unudublar. İngilis Roksanne Balciunas, bu barədə tiktok hesabında paylaşım edib. Hoteldən maraqlı mənzərələr paylaşan qadın “4 gün lyüks hotelin xidmətlərindən bolluca yararlandım”, yazıb. Qadının davranışı sosial mediada təpki ilə qarşılanıb, o, oğurluqda ittiham edilib. Qadın isə təhərini pozmayaraq “mənə nə istəyirsiniz, yazın, deyin. Kefim istəyən kimi istirahət etmişəm”, deyə qeyd edib. Qadın əvvəlcə həmin hoteldə dincələn anasına guya sürpriz etmək istədiyini və hotelə gizli giriş etdiyini söyləyib. Hotelin ərazisinə daxil olduqdan sonra isə “niyə də yox?!” deyərək əlinə düşmüş imkandan yararlanmağa başlayıb. Qadın 13 və 6 yaşındakı övladlarını da özüylə aparıb. Tiktokda paylaşılan fotolarda qadının da, uşaqların da bahalı yeməklər yediyi, hovuzda üzdüyü, kefləri istədiyi kimi istirahət etdikləri görünür. Qadın hər şey pulsuz olub deyə, daha çox yemək yediyini də utanmadan qeyd edib. Hoteldən isə hələ ki açıqlama verilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya