İsmayıllıda bacı-qardaş göldə batıb

İsmayıllı rayonunda bacı-qardaş göldə batıb, onlardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam etdirilir.

Bu barədə APA-nın Şirvan bürosu məlumat yayıb.

İlkin məlumata görə, hadisə uşaqların ehtiyatsızlığı nəticəsində baş verib. Bildirilir ki, göldən təsərrüfat məqsədləri üçün istifadə olunur.