İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar
13:12 03.08.2025
Hadisə
247
Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.
DİN-dən Sherg.az-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.
Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.
Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar - çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.
Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran PUA-larla yağış yağdırır
16:46 09.12.2025
Dünya
“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir
16:32 09.12.2025
Media
Tramp Maduronun sayılı günləri qaldığını bildirib
16:24 09.12.2025
Dünya
Orhan Gencebayın həyatı film olacaq
16:16 09.12.2025
Mədəniyyət
Tramp: Ukraynada seçki keçirilsə, o, qalib gələ bilər
16:04 09.12.2025
Dünya
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
15:58 09.12.2025
Rəsmi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat olub
15:46 09.12.2025
Futbol
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı
15:40 09.12.2025
Tarix
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya