İtkin düşən 3 yaşlı uşaq 3 km uzaqda tarlada yuxuda olarkən tapılıb

Diyarbakırın Bağlar rayonunda itkin düşən 2,5-3 yaşlı Yazgül K. evindən təxminən 3 kilometr uzaqda tarlada yuxuda olarkən tapılıb.

Sherg.az xəbər verir ki, hadisə Tokluca kəndində baş verib. Kiçik qızdan xəbər ala bilməyən ailə dərhal polis və axtarış-xilasetmə qruplarına məlumat verib. Bölgəyə AFAD, 112 təcili yardım, polis və jandarma cəlb olunub.

Genişmiqyaslı axtarışlardan sonra Yazgül əmisi tərəfindən evə yaxın olmayan bir tarlada yuxulu vəziyyətdə tapılıb. Uşağın tapılması ilə ailənin narahat gözləməsi sevincə çevrilib.

Yazgül ehtiyat məqsədilə təcili yardım maşınında müayinə olunub.

Ailənin bildirdiyinə görə, uşaq oynayarkən evdən uzaqlaşıb və bir müddət sonra itkin düşdüyü fərq edilib.