Lənkəranda torpaq sürüşməsi: 7 kəndi birləşdirən yol çöküb
Yusif Nəzərli
08:54 20.05.2023
Hadisə
500
Lənkəranda torpaq sürüşməsi olub.
“Report”un Cənub bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaranıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.
Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən “48 nömrəli yol istismarı” MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür:
“Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq bizim imkanlarımız xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunublar. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə-smeta sənədləri hazırlanıb”.
Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual