Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.