“Mavi bəla” can alır – Nə etməli? – Əsaslı izah
15:38 16.03.2021
Hadisə
568
Ölkədə baş verən intiharlardan sonra narahatlıq doğuran hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Mart ayının ilk 15 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 21 müraciət olub. Bu hal “mavi bəla” mövzusunu yenidən gündəmə gətirmiş olur.
1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bu barədə məlumat verib.
Bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 16 nəfər stasionar müalicəyə götürülüb:
“Dəm qazından zəhərlənən 16 nəfərdən ikisi azyaşlı olub. Bundan başqa metil spirit ilə zəhərlənən 14 yaşlı oğlan da xəstəxanaya gətirilib. O, çox ağır vəziyyətdə olub, sağaldıqdan sonra evə buraxılıb.
Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 20-dən çox müraciət olub, onlardan 14 nəfər şöbəyə qəbul olunub. Səkkiz nəfər isə allergik reaksiya ilə şöbəyə qəbul olunub”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə yanma prosesi düzgün getmədikdə baş verir:
"Qaz cihazlarına kənar müdaxilələr olur. İnsanlar özləri yaxud dost -tanışdan usta gətirirlər. Müəyyən standartlar pozulur. Dəm qazını yaradan qaz cihazlarına aid olan boruların vaxtında təmizlənməməsidir. Havalandırma sistemi ildə iki dəfə mütləq təmizlənməlidir.
Tüstü bacaları zamanında təmizlənməli və onlara mütəmadi nəzər yetirilməlidir. Hamam otağının qapısında dəlik olmalıdır, həmçinin nəfəslikdən də istifadə edilməlidir.
Müasir sistemlərə keçid etmək, köhnə qaz cihazlarını çıxartmaq lazımdır. Tüstü bacaları binanın damında 50 santimetr yuxarıda yerləşməlidir.
Yay aylarında evlərdə pəncərə açıq olur, bu cür hallar minimum yaşanır. Adi təhlükəsizlik qaydalarına riayət etsələr, dəm qazından zəhərlənmə halları baş verməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP ÖZGÜR olacaq, yoxsa QILINCDAN keçəcək? - TƏHLİL
20:39 26.05.2026
Gündəm
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub
20:26 26.05.2026
Siyasət
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ