Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib.
Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.