Erzincan vilayətində son iki həftə ərzində 50-dən çox yeni doğulmuş quzu səbəbi bilinməyən xəstəlikdən səbəbindən tələf olub.
Sherg.az xəbər verir ki, Kemah rayonunun Oğuz kəndində heyvandarlıqla məşğul olan fermerlər bildirirlər ki, quzular heç bir əlamət göstərmədən qəfil yerə yıxılaraq ölür.
Hadisənin təkcə bir kəndlə məhdudlaşmadığı, bölgənin digər yerlərində də oxşar halların qeydə alındığı bildirilir.
Fermerlər problemin səbəbinin araşdırılması və daha böyük itkilərin qarşısının alınması üçün mütəxəssislərdən təcili müdaxilə gözləyirlər.