Müğənnini qətlə yetirən qardaşına ağır cəza tələb olundu

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon komitəsinin sədri olmuş, müğənni Səfər Quliyevin (Səfər Laçınlı) qətlə yetirməkdə təqsirli bilinən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasını təklif edib.

Növbəti proses sentyabrın 14-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin avqustun 12-də Laçın rayonunun Fingə kəndində baş verib. Səfər Quliyev həmin ərazidə qətlə yetirilib. Mərhumun qardaşı Xasay Quliyev hadisəni törətməkdə şübhəli bilinərək həbs olunub.