
Naqili oğurladılar, iflic qadın qaranlıqda qaldı
11:16 31.07.2023
Hadisə
448
Oğrular 12 ildir yataq xəstəsi olan yaşlı qadını bu qızmar günlərdə istidə və qaranlıqda qoyub. Oğurlanan evin lampası, yaxud kondisioner-filan deyil. İş burasındadır ki, kimlərsə elektrik dirəyinin naqilini satıb pul qazanmaq fikrinə düşüb.
Nəticədə xəstə və yaşlı qadın qaranlıqda və istidə qalıb. “Sherg.az” “Milliyet.comı.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib. Adıyamanın Mara Məhəlləsində kilsə yaxınlığındakı evlərdən birində yaşayan və yataq xəstəsi olan Rəmziyyə Dəmir oğrulara görə daha da çətin vəziyyətə düşüb. Oğrular qadının evinə elektrik enerjisinin gəlməsini təmin edən naqili kəsib aparıblar. Elektrik enerjisi olmadığından qadın həm qaranlıqda qalıb, həm də sərinkeşi işlədəbilməyib artıq. Nəzərə alsaq ki, Rəmziyyə Dəmir torpaq evdə yaşayır, isti günlərdə sərinkeşin işləməməsinin nə demək olduğunu təxmin etmək çətin deyil.

R.Dəmir oğruların tez bir zamanda yaxalanıb cəzalandırılmalarını arzulayır. Xəstə qadın deyib ki, belə bir hadisə ilk dəfə baş vermir. Bundan əvvəl də oğrular elektrik naqilini kəsib aparıblar. İflic qadın bundan hər dəfə əziyyət çəkir. R.Dəmir elektrik enerjisi yayınının nə zaman bərpa ediləcəyini gözləyir. Qadının həyat yoldaşı Mahmut Dəmir də ikinci dəfədir eyni oğurluq hadisəsi ilə üzləşdiklərini və elektrik naqilini öz pulları ilə aldıqlarını söyləyib: “Birinci dəfə özümüz pul verdik, naqil alındı. İndi yenə naqili kəsib aparıblar. Hava istidi, istidə, qaranlıqda qalmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya