Nəqliyyat əlaqəsi kəsilən kəndə helikopterlə ərzaq yardımı edilib 


Türkiyənin Bartın bölgəsində leysan yağışından sonra baş verən sel nəticəsində nəqliyyatın kəsildiyi Kozcağız qəsəbəsinin Şarköy kəndinə Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus helikopterlə lazımi materiallar gətirilib.
Vilayət daxilində 4 gündür təsirli olan leysan səbəbiylə meydana gələn seldə Kozcağız mahalına bağlı Şarköy kəndi Boğaziçi Mahallesi körpüsü uçub.
Körpünün sökülməsindən sonra Şarköy kəndi ilə nəqliyyat əlaqəsi kəsilərkən Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlə kəndə ərzaq və ləvazimat gətirilib.
Materiallar qruplar tərəfindən kənddəki otlaq sahəsinə enən helikopterdən boşaldılıb, daha sonra ərazidə gözləyən kənd sakinlərinə paylanıb.