Ölkəyə qaçaqmalçılıq yolu ilə 36 kiloqram narkotik vasitə gətirən 4 kuryer saxlanılıb
11:25 10.07.2024
Hadisə
441
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər saxlanılıb.
Bu barədə “Sherg.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirlərlə əvvəllər də narkoriklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar.
Saxlanılanların üzərindən, ev və avtomobillərindən 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, F.Əzizov, E.Mustafayev, F.Yusubov və S.Abbasov şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Sonuncu əməliyyatlar zamanı saxlanılanlar paytaxt ərazisində narkotiklərin paylanılmasını təşkil edən əsas kuryerlər olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual