Ordubadda partlayıcı maddələr aşkarlanıb

Ordubad rayonunda partlayıcı maddələr aşkarlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad RPŞ-nin əməkdaşları Dəstə kənd sakini H. Məmmədovdan satış məqsədilə əldə etdiyi pirotexniki partlayıcı vasitələri aşkarlayaraq götürüblər.

Faktla bağlı araşdırma aparılır.