“Real Madrid” Türkiyə millisinin üzvü Arda Gülərlə yeni, 5 illik müqavilə imzalayıb. İspaniya klubunun futbolçu ilə bağlı rəsmi açıqlamanı yaxın vaxtlarda verəcəyi gözlənilir.
Sherg.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilənin uzadılması barədə razılıq ötən ay əldə olunub.
Məlumata görə, tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbərə əsasən, Arda Gülər 2031-ci ilədək qüvvədə olacaq yeni müqaviləyə imza atıb.
Türkiyəli futbolçu cari mövsümdə “Real Madrid”in heyətində 11 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.