UEFA Konfrans Liqasının 5-ci turunda Ermənistanın “Noah” klubu ilə Polşanın “Legiya” klubu arasında keçirilən oyundan sonra polşalı azarkeşlər İrəvanın mərkəzində xaos yaradıblar.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Dekabrın 12-si saat 00:30 radələrində polis şöbəsinə Polşa azarkeşlərinin Vernisaj rayonu ərazisində qarşılarına çıxan hər şeyi məhv etmələri barədə zəng daxil olub. Xuliqanlıqda şübhəli bilinən 17 Polşa vətəndaşı saxlanılıb. İş materialları İstintaq Komitəsinə təhvil verilib”, - məlumatda deyilib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 5-ci turu çərçivəsində Ermənistanın “Noah” klubu ilə Polşanın “Legiya” klubu arasında keçirilən oyun ev sahiblərinin 2-1 hesablı üstünlüyü ilə başa çatıb.