Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.
Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Avtomobilin sahibi zərərçəkən qismində polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.
Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.