Rusiyada helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb

Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, qəza Perm diyarının Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, helikopter qəzasında iki nəfər ölüb.