Sabiq bələdiyyə sədri 2 milyon manata yaxın torpaq sahələrini satmağa cəhd göstərib - İTTİHAM AKTI
Yusif Nəzərli
11:00 26.01.2023
Hadisə
354
Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib, onun nədə ittiham olunduğu məlum olub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Bildirilib ki, Ə.Hüseynova qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələrilə ittiham verilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2003-2009-cu illərdə Salyan şossesi 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3 200 kvadrat metr torpaq sahəsini bələdiyyə üzvlərinin xəbəri olmadan satıb.
Belə ki, həmin torpaq sahəsinin 1 000 kvadrat metri 2003-cü ilin dekabrında Ə.Hüseynovun sərəncamıyla Allahyar Şahmarova, 600 kvadrat metri 2006-cı ilin dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadrat metri 2005-ci ilin dekabrında onun digər oğlu Ramil Şahmarova, 1200 kvadrat metri isə Lalə Əliyevaya satıldığı qeyd olunub.
İş materiallarında göstərilib ki, Ə.Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyərək gizlədib. O, 2019-cu ildə isə tanışıyla birlikdə möhürdən saxta sənəd hazırlanmasında istifadə edib.
İttihama görə, Ə.Hüseynov ümumilikdə 1 milyon 824 min manat dəyərində 1,52 hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar atmağa cəhd göstərib. Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin balansında olan torpaqlar olub.
Elan olunmuş ittiham üzrə Ə.Hüseynov özünü təqsirli bilməyib.
Cinayət işi üzrə Səbail bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınır.
İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol