Sabirabad rayonunda avtomobil su kanalına aşıb

Noyabrın 6-da saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində Beyləqan rayon sakini Elman Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a  bildiriblər ki, qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini, Ağcabədi rayon sakini Məhbubə Nəsirova suda boğularaq ölüblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.