Sabirabadda avtomobil qadın piyadanı vuraraq öldürüb

Sabirabad rayonunun Muğan prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, avtomobil yolu keçmək istəyən qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.