Salyanda vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi
17:47 03.08.2023
Hadisə
416
Salyan Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub.
Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə əldə edilmiş ilkin sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət