Şəhidlər Xiyabanında məzar daşları dağılıb, baxan yoxdur - FOTO

Bakıda yerləşən, hər bir azərbaycanlı üçün müqəddəs and yeri olan Şəhidlər Xiyabanının aşağı hissəsində, 1992-ci il şəhidlərinə aid olan məzarların bəziləri ciddi şəkildə zərər görüb. 

Sherg.az olaraq təqdim etdiyimiz fotoşəkillərdən də göründüyü kimi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan bir neçəsinin məzar daşlarının ön hissəsi və ətrafındakı plitələr dağılaraq yerindən oynayıb.

Şəhidlər Xiyabanının qorunması müvafiq icra strukturlarının öhdəliyindədir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün toxunulmazdır. Ümid edirik ki, bu görüntülərdən sonra aidiyyəti qurumlar dərhal hərəkətə keçəcək və qısa zamanda məzarların bərpa olunmasını təmin edəcəklər.