Şəmkir sakinində silah aşkarlanıb
05:29 17.02.2024
Hadisə
423
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəyal Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis şöbəsində X. Hüseynovun üzərinə baxış keçirilən zaman bir ədəd qundağı və lüləsi kəsilmiş, 16 kalibirli “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki boş sahələrin birində içərisində bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 96 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Özbəkistan dilləri daha da yaxınlaşacaq - Aqil Camal
20:47 25.08.2026
Gündəm
Peskovdan ABŞ-nin MKİ rəhbərinin Moskvaya səfərinə reaksiya
20:46 25.08.2026
Gündəm
Gədəbəy sakini qətlə yetirilib
20:18 25.08.2026
Hadisə
Bakı və Daşkənd vahid güc mərkəzi yaradır - TƏHLİL
19:57 25.08.2026
Gündəm
Məktəblərdə qadın müəllimlərin payı açıqlanıb
19:45 25.08.2026
Elm və Təhsil
Tramp: Hörmüz boğazındakı bütün minalar zərərsizləşdirilib
19:37 25.08.2026
Gündəm
Polad Bülbüloğlu üçüncü dəfə evləndi - FOTO
19:22 25.08.2026
Cəmiyyət
Ermənistanda orduda ölüm halları artır: Ekspert səbəbləri açıqladı
19:19 25.08.2026
Region
Ermənistan hərbçisinin asılmış meyiti tapılıb
18:57 25.08.2026
Region
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm